Alik İsayev — Vikipediya

Alik İsayev
Alik Şakir oğlu İsayev
Şəxsi məlumatlar
Ləqəbi Canavar
Doğum tarixi 23 fevral 2001(2001-02-23)
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 2020(2020-10-20) (19 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2020
Vəzifəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Şücaətə görə" medalı

Alik İsayev (23 fevral 2001, Xızı rayonu, Azərbaycan20 oktyabr 2020, Şuşa) – Xüsusi Təyinatlı Qüvvələr əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Alik Şakir oğlu İsayev 2001-ci il fevralın 23-də Xızı rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstan Respublikasının Dmanisi rayonu) Hamamlı kəndindən olan Alik İsayevin ailəsi ötən əsrin sonlarında Xızı rayonunda məskunlaşıblar. Alik İsayev 2001-ci il fevralın 23-də — Xızıda anadan olub. Subay idi.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə də "Canavar" ləqəbli Alik gizirlərlə birlikdə irəli atılıb. Şuşa yolunda 32 erməni quldurunu öldürüb. Alik İsayev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Alik İsayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4] Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik İsayev ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik İsayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Ziya" İnformasiya Mərkəzi". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-18.
  2. "Memorial". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-18.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". 25.12.2020. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.