Fuad Məmmədov (əsgər) — Vikipediya

Fuad Valeryeviç Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1998(1998-08-01)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 2020(2020-10-21) (22 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Atası Valeri Dışin
Anası Mətanət Məmmədova
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2021

Fuad Valeryeviç Məmmədov (1 avqust 1998, Bakı21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. "Səma" ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, GürcüstanRusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda "Jara" filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub. Emin Ağalarovun "Ürəyin yarısı" (Сердце пополам) klipində çəkilib. Formula yarışlarında və Jara festifalında könüllü iştirak edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası – Valeri Nikolayeviç Dışin, ehtiyatda olan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Anası – Mətanət Ərəstun qızı Məmmədova, ali təhsili bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2021-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-28.