Nicat Səmədov — Vikipediya

Nicat Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Ağbənd,Zəngilan rayonu, Azərbaycan
Dəfn yeri Bakı şəhəri, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 2011-2020
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Zəngilanın azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Zəngilanın azad olunmasına görə" medalı — 2020

Nicat Səmədov (tam adı: Nicat Şahin oğlu Səmədov; 26 dekabr 1992; Bakı şəhəri, Azərbaycan22 oktyabr 2020; Ağbənd, Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nicat Səmədov 1992-ci il dekabrın 26-da Bakı şəhərində anadan olub.1999-cu ildə Binəqədi rayon 297 saylı tam orta məktəbində ibtidai təhsilə başlayıb. 2005-ci ildə 6-cı sinfi bitirdikdən sonra Yasamal rayon Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7-ci sinfinə qəbul olub.2008-ci ildə bu liseyin 9-cu sinfini bitirib, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub.2011-ci ilin İyul ayında həmin kollecin mühasibat uçotu və audit üzrə təhsilini başa vurub hərbi xidmətə yollanır.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Hərbi xidməti DSX-nin Beyləqan rayon 2-ci Şahsevən kəndinin sərhəd bölüyündə tamamladıqdan sonra 6 aylıq gizirlik kursunu oxuyur. Təhsilini başa vurduqdan sonra DSX-nin N saylı hərbi hissəsində kiçik gizir rütbəsində çalışmağa başlayır. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. 2018-2019-cu illərdə komandanlıq tərəfindən yüksək səviyyəli xidmətinə görə fəxri fərmanlara layiq görülür. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilanın azad edilməsində iştirak edib.

Azərbaycan Ordusunun giziri olan Nicat Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Səmədov oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində şəhid olub. Bakı şəhərinin Sulutəpə qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında iştirak edən, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Səmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Səmədov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.