Ceyhun Talıbzadə — Vikipediya

Ceyhun Talıbzadə
Ceyhun Aqil oğlu Talıbzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şorsulu, Salyan, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Salyan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2021, "Xocavəndin azad olunmasına görə" medalı — 2020, "İgidliyə görə" medalı — 2021, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022

Ceyhun Aqil oğlu Talıbzadə (1 dekabr 1994, Şorsulu, Salyan, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyhun Talıbzadə 1994-cü il dekabrın 1-də Salyan rayonu Şorsulu kəndində anadan olub. 2012-ci ildə Şorsulu kənd məktəbini bitirib. Bakı şəhərində Sərbəst güləş üzrə keçirilən Yeniyetmələr arasında Azərbaycan Birinciliyində 2-ci yer qazanıb . 2013–2014-cü ildə hərbi xidmətdə olmuşdur.[2][3][4]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ceyhun Talıbzadə də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ceyhun Talıbzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Ceyhun Talıbzadə 18 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ceyhun Talıbzadə Şorsulu kənd qəbiristanlığında torpağa tapşırılmışdır.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.[10]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Talıbzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[11]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Ceyhun Talıbzadə". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  3. "Unudulmazlar — Ceyhun Talıbzadə". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  4. "Salyan şəhidləri". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  5. "Salyanda şəhid Ceyhun Talıbzadənin xatirəsi anılıb". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  6. "Torpaqlarımızın hər qarışı bizlər üçün əzizdir. Əli Eyvazov". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  10. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının " İgidliyə görə " medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-04-22 tarixində arxivləşdirilib.
  11. 1 2 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  12. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  13. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  14. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  15. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.