Samiq Fərzalıyev — Vikipediya

Samiq Fərzalıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Güvəndik, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Güvəndik
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2013—2014; 2016—2020
Rütbəsi Baş leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Samiq Misir oğlu Fərzalıyev (8 iyul 1992; Güvəndik, Tovuz rayonu — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Samiq Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub.[1] 1998–2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008–2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Ailəli idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Samiq Fərzalıyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2013–2014-cü illərdə Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib.

Samiq Fərzalıyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və "leytenant" hərbi rütbəsi alaraq "N" saylı hərbi hissədə xidmətə başlayıb.[2]

Samiq Fərzalıyev 2020-ci ilin iyul ayında "baş leytenant" hərbi rütbəsi alıb.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Samiq Fərzalıyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub.[2]Tovuz rayonunun Güvəndik kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Fərzalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Fərzalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. 1 2 ""Ölümü öldürən şəhid Samiq Fərzalıyev - Fotolar"" (az.). www.rupor.az. 2020-11-30. İstifadə tarixi: 2021-03-24.[ölü keçid]
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.