Asim Cəfərli — Vikipediya

Asim Cəfərli
Asim Çingiz oğlu Cəfərli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Piyadalar, Bərdə, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Bərdə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Xocavəndin azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2020,

Asim Çingiz oğlu Cəfərli (4 sentyabr 2001; Piyadalar, Bərdə, Azərbaycan27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Asim Cəfərli 4 sentyabr 2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub.[3] 2 bacının tək qardaşı idi.[4]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Asim Cəfərli Fizuli döyüşlərində savaşıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Bərdədə dəfn edilib.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  3. "Şəhid Asim Cəfərli". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  4. "İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilib". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  5. "Füzulinin azad edilməsidə Şəhid olan Bərdəli Asim Cəfərli". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  6. Bərdədə şəhid Asim Cəfərlinin doğum günü qeyd edilib
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2021.