Hadrut — Vikipediya

Hadrut
39°31′00″ şm. e. 47°01′48″ ş. u.
Ölkə
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 720 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.100 nəf. (2015)
Rəsmi dili
Hadrut xəritədə
Hadrut
Hadrut
Hadrut xəritədə
Hadrut
Hadrut
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

HadrutAzərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hadrut 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Hadrut 1903-cü ilin Cəbrayıl qəzası xəritəsində.

Qəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kimi çəkilir.[4]

Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi.[5] 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər.[6] 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanası fəaliyyət göstərirdi.[7] Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik etmişdir.[8]

Davidbekovun məlumatına görə, Hadrutda yerli əhali nisbətən az idi: sakinlərin əksəriyyəti vaxtilə şah ordusunun hücumlarından qurtulub buraya pənah gətirən köçkünlərdən ibarət idi. 1863-cü ildə burada 438 nəfər adam yaşayırdı, 1886-ci ildə onların sayı 1835 nəfərə qədər artmışdı. Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul idi. Hadrutda o dövrdə iki bazar, kilsə, ikiillik məktəb, birillik prixod məktəbi, zemstvo əczaxanası və teleqraf stansiyası fəaliyyət göstərirdi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır.[9] 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir.[10] 1979-cu ildə burada 2173 insan yaşayırdı (onlardan 1955 nəfəri erməni, 188 nəfəri azərbaycanlı idi).[11] Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi.[12]

1930-cu ildə burada vəba epidemiyası baş vermişdir, onun qarşısını almaq üçün Bakıdan Lev Zilber başçılıq etdiyi həkimlər briqadası göndərilmişdir.[13]

1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilmışdir. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı separatçı erməni qoşunları Hadrutu ələ keçirmişdir.[14]

2020-cu ilin oktyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu Hadrutu azad etmişdir.[15] Atəşkəs bəyanatından bir gün sonra burada Xocavənd rayonu baş polis idarəsinin qərargahı, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi yerləşdirilmişdir.[16][17]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Hadrut qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
224 Alban məbədi[18] 1170-ci il Hadrut qəsəbəsi Memarlıq Ölkə
4319 Məbəd[19] XVIII əsr Hadrut qəsəbəsi Memarlıq Yerli

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Qəsəbə Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşib Qozluçayı təşkil edir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İl Daimi əhali Kişilər Qadınlar
1999[20] XXXX XXXX XXXX
2009[21] ↗XXXX ↗XXXX ↗XXXX

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Hadrut şəhərinin əhalisinin faktiki sayı 2936 nəfər, qeydiyyatdakı əhalinin sayı 2974 nəfər təşkil edirdi.[22]

Xocavənd rayonunun Hadrut qəsəbəsi əhalisinin milli tərkibi 1970-ci il
Etnik qrup Sayı, 1970 sa.[23] Nisbəti, 1970 sa.[23]
toplam 2 082 100 %
erməni 1 845 88.6 %
azərbaycanlı 137 6.6 %
rus 68 3.3 %
ukraynalı 18 0.9 %
digər 14 0.7 %

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

15 martda qəsəbəni ziyarət etmiş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uzunluğu 43 km olan Hadrut—CəbrayılŞükürbəyli və uzunluğu 13 km olan Füzuli—Hadrut iki avtomobil yolunun təməlini qoymuşdur.[14]

9 oktyabr 2021-ci ildə Hadruta səfər etmiş İlham Əliyev burada yeni 35-kilovoltluq elektrik yarımstasiyasının təməlini qoymuşdur.[24][25]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

26 iyun 2021-ci ildə Hadrutda İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılış mərasimi keçirilmişdir.[26][27]

Rabitə[redaktə | mənbəni redaktə et]

1 fevral 2021-ci ildə etibarən Hadrutda Füzuli poçt filialının müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyətə başlamışdır.[28]

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din[redaktə | mənbəni redaktə et]

9 oktyabr 2021-ci ildə Hadruta səfər etmiş İlham Əliyev burada yeni məscidin təməlini qoymuşdur.[24][25]

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.

Hərbi[redaktə | mənbəni redaktə et]

2021-ci ilin dekabrında Hadrutda Azərbaycan SQ Komando briqadasının hərbi hissəsi açılıb.[29]

Şəkilləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Bu gün Hadrutun işğaldan azad olunduğu gündür". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  3. Hadrut // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  4. ""Gence-Karabağ Eyâleti'nin Mufassal Defteri"". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  5. Евгений Ежуков. Горячие окраины России. — М.: Граница, 2000 — səh. 175.
  6. Н. Ситовский. Обзор двадцатипятилетней деятельности Кавказского общества сельского хозяйства (1850—1875). — Тифлис: Тип. Главного управления наместника кавказского, 1875 — səh. 283.
  7. Год в сельскохозяйственном отношении по ответам, полученным от хозяев. Санкт-Петербург, Отдел сельской экономии и сельскохозяйственной статистики, 1890 — səh. 523
  8. "Гаджибеков Узеир Абдул Гусейн-оглы". // Биография.ру. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
  9. ""Tarixdə bu gün: Azərbaycan" xronoqrafında 10 sentyabr". 2015-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
  10. "Азербайджанская ССР: Административно-территориальное деление" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  11. "Перепись 1979 года: Гадрутский район". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  12. Azərbaycan Sovet Ensiklopediyası. 10. Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redartorluğu. C. Quliyev (red.). 1987. səh. 127.
  13. "Лев Зильбер ОПЕРАЦИЯ «РУДА»". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.
  14. 1 2 Фарида Багирова. "Период созидания. Президент ставит приоритетом восстановление освобожденных земель". 1news.az. 2020-03-17. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  15. "Минобороны Азербайджана опубликовало видеоподтверждение взятия Гадрута". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  16. Павел Посадский. "Баку начал размещать полицейские участки на занятых территориях в Карабахе". Газета.ru. 2020-11-11. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  17. "На освобожденных от оккупации территориях начнут функционировать управления и отделы СГБ". 2020-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  18. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
  19. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
  20. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  21. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
  22. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 4
  23. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Гадрутский район (1970 г.) Arxivləşdirilib 2020-10-14 at the Wayback Machine
  24. 1 2 "Заложен фундамент новой подстанции «Гадрут»". Информационное Агентство Репорт (rus). 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  25. 1 2 "Президент Азербайджана заложил фундамент новой мечети в Гадруте". Информационное Агентство Репорт. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  26. Саид Гариб. "В Гадруте установлен памятник "Железный кулак"". REPORT. 26.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
  27. "В поселке Гадрут установлен памятник "Железный кулак"". Москва-Баку.ru. 26.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
  28. Феликс Вишневецкий. "В Гадруте начало функционировать почтовое агентство". 1news.az. 2020-02-01. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  29. "İlham Əliyev Şuşada: "Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi"". 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]