Şahmar Soltanlı — Vikipediya
Şahmar Soltanlı | |
---|---|
Şahmar Qinyaz oğlu Soltanlı | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum adı | Şahmar Qinyaz oğlu Soltanlı |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri |
|
Vətəndaşlığı | ![]() |
Milliyyəti | ![]() |
Atası | Qinyaz Bədirov |
Anası | Gülxar Bədirova |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | ![]() |
Qoşun növü | ![]() |
Xidmət illəri | 2018—2020 |
Rütbə | ![]() |
Döyüşlər | Vətən müharibəsi • Suqovuşan döyüşü • Ağdərə döyüşləri |
Təltifləri | ![]() ![]() |
Şahmar Qinyaz oğlu Soltanlı (20 fevral 1996, Şəki – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.[1]
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Şahmar Soltanlı 20 fevral 1996-cı ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 5 saylı tam orta məktəbdə almışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı humanitar kollecinə qəbul olmuşdur. Atasının vaxtsız vəfatı və anasının sağlamlıq vəziyyəti ilə əlaqədar təhsilini tamamlamadan iş həyatına başlamışdır. Subay idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır. 2020-ci ilin may ayında hərbi xidmətdən tərxis olmuşdur.
İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]
Vətən müharibəsində Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstəmişdir. 27 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Şəki Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Soltanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Təltifləri[redaktə | mənbəni redaktə et]
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[5]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.