İbrahim İbrahimov (əsgər, 1992) — Vikipediya

İbrahim İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 18 fevral 1992(1992-02-18)
Doğum yeri
Vəfat tarixi 29 sentyabr 2020(2020-09-29) (28 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu
Xidmət illəri 2020-ci ildən
Rütbəsi Şablon:XTQ Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi, Zəngilanın azad edilməsi, Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı "İgidliyə görə" medalı "Füzulinin azad olunmasına görə" medalı — 2020

İbrahim Etibar oğlu İbrahimov (18 fevral 1992, Nehrəm, Naxçıvan Muxtar Respublikası29 sentyabr 2020, Xocavənd rayonu) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun XTQ kəşfiyyatçı İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahim İbrahimov 1992-ci il fevralın 18-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olub. O, 1998-ci ildə Naxçıvan şəhərində yerləşən 15-nömrəli tam orta məktəbə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. 02.08.2019-cu ildə ailə həyatı qurub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İbrahim İbrahimov 2010-cu ildə Əlahiddə Ümumqoşun Ordunun "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim İbrahimov daha sonra 2020-ci ildə yenidən ordu sıralarına qayıtmışdır. 18 oktyabrda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun (XTQ) əsgəri kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb. İ. İbrahimov Cəbrayıl Zəngilan Füzuli Xocavənd uğrunda döyuşlərində iştirak etmişdir. O, 30 oktaybr 2020-ci ildə Xocavənd uğrunda döyüşlərində qəhrəmancasına həlak olmuşdur. İbrahim İbrahimov Naxçıvan şəhər Qəbristlanğında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov Etibar oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov Etibar oğlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahiov Etibar oğlu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan Respublikası Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İbrahim İbrahimov Etibar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 24.07.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəhid İbrahim Etibar oğlu İbrahimov". 27.01.2021. 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2021.