Şəhriyar Həbibi — Vikipediya

Şəhriyar Həbibli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Osaküçə, Lənkəran rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Qubadlı, Azərbaycan
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Vəzifəsi kəşfiyyatçı
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020

Şəhriyar Vidadi oğlu Həbibi (d. 19 yanvar 1993; Osaküçə, Lənkəran rayonuö. 6 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuşdur.[1] Kənd orta məktəbdə orta təhsil almışdır. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, noyabrın 6-da Qubadlının azad edilməsində həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 yanvar 2021.
  2. 2,0 2,1 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 3,0 3,1 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.