Taleh Kərimov (mayor) — Vikipediya

Taleh Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Qubadlı rayonu, Azərbaycan
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2003 – 2020
Rütbəsi Mayor
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Taleh Adil oğlu Kərimov (6 mart 1985, Sumqayıt30 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Taleh Kərimov 1985-ci il martın 6-da Sumqayıt şəhərində anadan olub.[1] 1992–1995-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbdə, 1995–2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniki Təmayüllü "İstedad" Liseyində təhsil alıb. Ali təhsilini isə 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyatçı" ixtisası üzrə alıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Zabit" ixtisası üzrə təlimlərdə olan Taleh Kərimov, 2008-ci ilin iyun ayından 2010-cu ilin mart ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində xidmət edib.

Taleh Kərimov 2010-cu ilin mart ayından 2014-cü ilin yanvar ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində, 2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin Kəşfiyyat bölməsinin və Kəşfiyyat rəisinin məlumatların toplanması üzrə rəisi vəzifəsində xidmət edib.

2016-cı ilin yanvar ayından 2016-cı ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edən Taleh Kərimov, 2016-cı ilin iyun ayından 2016-cı ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsi Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi, 2016-cı ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda Kəşfiyyat şöbəsinin rəisinin məlumatların toplanması və təhlili üzrə müavini vəzifəsində xidmət edib.

Taleh Kərimov 2018-ci ilin mart ayından 2019-cu ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsin Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edib. Taleh Kərimov 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsində xidmət edirdi.

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun mayoru olan Taleh Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, CəbrayılınQubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Kərimov oktyabrın 30-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.