Yusif Nağıyev (əsgər) — Vikipediya

Yusif Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əyricə, Bərdə, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı

Yusif Bərxudar oğlu Nağıyev (1 yanvar 1996, Əyricə, Bərdə, Azərbaycan21 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Yusif Bərxudar oğlu Nağıyev 1 yanvar 1996-cı ildə Bərdə rayonunun Əyricə kəndində anadan olub. 2002-2013-cü illərdə həmin kəndin E.Abdullayev adına tam orta məktəbində oxuyub. 2014-cü il yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin aprel ayından N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət keçib. 2016-cı il Aprel döyüşlərində iştirak edib.

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Murovdağ və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib, döyüş meydanından şəhid və yaralıların çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin ələ keçirilməsində və düşmənin əks-həmlələrinin qarşısının alınmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Hadrut-Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi tapşırıq yerinə yetirərkən şəhid olub. Doğulduğu Əyricə kəndində dəfn edilib.[2]

Ailəli idi bir övladı var.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 8 dekabr 2020. 8 dekabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 yanvar 2021.
  2. Şəhanə Müşfiq. "Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!" (az.). 525-ci qəzet. 25 dekabr 2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2021.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]