Fariz Qurbanov — Vikipediya

Fariz Qurbanov
Fariz Məhəmməd oğlu Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qızılhacılı, Goranboy, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gorənboy
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021

Fariz Məhəmməd oğlu Qurbanov (28 iyun 1998; Qızılhacılı, Goranboy, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Fariz Qurbanov 28 iyun 1998 -ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub.[2][3] Fariz orta məktəbi qurtardıqdan sonra, 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır.

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fariz Qurbanov Ağdərə Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı kəşfiyyatçı istehkamçı kimi hərbi xidmətini yerinə yetirib. 28 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir.[4][5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Fariz Qurbanov". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  3. "Goranboy şəhidləri". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  4. "Şəhid olduğu döyüşdə 20-ə yaxın düşmən əsgərini məhv edən Fariz Qurbanov". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  5. "FARİZ QURBANOVUN ADINI DAŞIYAN "ŞƏHİD BULAĞI"NIN AÇILIŞI OLACAQ…". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  6. "Qızılhacılı daha iki-ŞƏHİD VERDİ – FARİZ QURBANOV VƏ ELMAN HƏSƏNOV". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  9. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]