İlyas Şahvələdov — Vikipediya

İlyas Şahvələdov
Şəxsi məlumatlar
Doğum tarixi 6 avqust 1996(1996-08-06)
Doğum yeri
Vəfat tarixi 10 oktyabr 2020(2020-10-10) (24 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

İlyas Etibar oğlu Şahvələdov (6 avqust 1996, Bərdə rayonu10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

İlyas Şahvələdov 6 avqust 1996-cı ildə Bərdə rayonunda doğulub. Əslən Laçın rayonunun Qorçu kəndindəndir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

İlyas Şahvələdovun əmisi Şahvələdov İlyas Nəriman oğlu da 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onun adını daşıyırdı.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) (az.). 2020-12-15. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) (az.). 2020-12-25. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-25.