Azad Hümbətov — Vikipediya

Azad Hümbətov
azərb. Azad Arif oğlu Hümbətov
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1996(1996-01-24)
Doğum yeri
Vəfat tarixi 27 oktyabr 2020(2020-10-27) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Baş leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Laçın döyüşləri
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018

Azad Arif oğlu Hümbətov (24 yanvar 1996, Bakı27 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. "Vətən Müharibəsi Qəhrəmanı".

Həyatı[redaktə | mənbəni redaktə et]

Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub.[1] Əslən Göyçə mahalının Aşağı Şorca kəndindəndir.[2]

Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib.

2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır.

2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşımışdı. Bundan sonra o "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu.

Azad Hümbətov peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi almışdır.[3]

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azad Hümbətovun məzarı

Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.

Tank tağımı komandiri olan Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxara bilmişdi.

Müharibənin yeni başladığı dövrdə o, komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır, tankı idarə edən mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə isə onu yaralı halda 25 km meşə ərazisində belində daşıyaraq 2 gündən sonra öz döyüş postlarına gətirib çıxara bilmişdi. Bundan sonra Azadı Beyləqanda hospitala müalicə üçün göndərirlər. O burada müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır.

Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutur. Onu da qeyd edək ki, döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən, ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilir.

27 oktyabr 2020-ci ildə[4] Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Şəhid Azad Hümbətova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[5]

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adı verilmişdir.[6]

2021-ci ilin dekabrında Bakıdakı mərkəzi küçələrin birinə Azad Hümbətovun adı verilib.[7]

Təltifləri[redaktə | mənbəni redaktə et]

2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə Hümbətov Azad Arif oğluna (ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[8]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[9]

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[10]

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. Araz Yaquboğlu. "Azad Qarabağın Azad Qəhrəmanı" (az.). goyce.az. 2021-01-23. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  3. "Azad üçrəngli bayrağımızı qürurla dalğalandıranlardan idi", "Açıq Səma" qəzeti, N-03(133) dekabr 2020
  4. Kamran. "Hünər məktəbimizin yeni səhifəsi - Hümbətov Azad Arif oğlu" (az.). shehidlik-zirvesi.az. 2020-10-28. 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  5. "II Qarabağ müharibəsinin şəhidi, baş leytenant Azad Hümbətova məxsus materiallar Muzeyə daxil olub". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
  6. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  7. "Bakıda 41 küçəyə şəhidlərin adları verilib - Video". www.xezerxeber.az (az.)). 02.12.2021. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2021.
  8. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-12-09. 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  9. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-15. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  10. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
  11. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.