Elnur Hacıyev — Vikipediya

Elnur Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyun 1979(1979-06-12)
Doğum yeri
Vəfat tarixi 17 oktyabr 2020(2020-10-17) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri Ucar Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2000–2020
Rütbəsi Mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Elnur Yaqub oğlu Hacıyev (12 iyun 1979, Ucar17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub.[1] 1986–1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997–2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb.

Ailəli idi. Bir qızı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmə edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Hacıyev oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.