Zaur Hüseynov (əsgər) — Vikipediya

Zaur Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İmamverdilər, Beyləqan rayonu, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Qurbantəpə, Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri Beyləqan rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Eldar Hüseynov
Anası Nəsibə Hüseynova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020

Zaur Eldar oğlu Hüseynov (20 mart 1992; İmamverdilər, Beyləqan rayonu, Azərbaycan8 noyabr 2020; Qurbantəpə, Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zaur Hüseynov 20 mart 1992-ci ildə Beyləqan rayonunun İmamverdilər kəndində Eldar Hüseynov və Nəsibə Hüseynovanın ailəsində anadan olmuşdur.[1] Qardaşı Mahir Hüseynov da İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Zaur Hüseynov 1998-2009-cu illərdə Beyləqan rayon İmamverdili kənd tam orta məktəbində təhsil almışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Zaur Hüseynov bir müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmət qulluqçusu olmuşdur. Sonra mülki fəaliyyətinə davam etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. CəbrayılınQubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Hüseynov 8 noyabr 2020-ci ildə Cəbrayıl rayonunun Qurbantəpə kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn olunmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.