Əliqismət Yaqublu — Vikipediya

Əliqismət Yaqublu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kələxan, Lerik, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Kələxan, Lerik, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Heydər Əliyev adına AAHM
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2010—2020
Rütbəsi Baş leytenant
Döyüşlər
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020"Vətən uğrunda" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020"Xocavəndin azad olunmasına görə" medalı — 2020"Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Əliqismət Mükafat oğlu Yaqublu (18 aprel 1992; Lerik rayonu, Azərbaycan5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub.[1] Lerik şəhər 3 saylı orta məktəbində oxuyub. 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyinə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.[2] Evli idi. İki az yaşlı Əliəsgər və Məhəmməd adlı övladları var.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Təlim Tədris Mərkəzində hərbi biliklərini inkişaf etdirən Əliqismət Yaqublu 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən "N" saylı hərbi hissəyə təyinat alır, amma elə həmin ildə komandanlığa ərizə yazaraq ön cəbhədə xidmət etmək istədiyini bildirir. Gənc leytenantın arzusunu nəzərə alan rəhbərlik onu Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərir. 2016-cı il "Aprel döyüşləri"ndə xüsusi qəhrəmanlıq göstərən Əliqismət Yaqublu "Aprel döyüşləri"ndən sonra Qobustana təyinat alır. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə, Ağcabədiyə göndərilir. 2018-ci ildən baş leytenanta Xüsusi Təyinatlı Qüvvələrin Kimya Xidmət rəisi kimi mühüm vəzifə tapşırılır.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi ön cəbhəyə göndərilir. Əliqismət Yaqublu Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçının bir neçə kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarır. Baş Leytenant Əliqismət Yaqublu noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində qəhrəmancasına şəhid olub. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi, atasına etdiyi vəsiyyətə görə, Lerik rayonunun Kələxan kəndində babası Elşad Yaqubovun məzarının yanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliqismət Yaqublu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı zabiti, Baş Leytenant Əliqismət Yaqublu Mükafat oğlu (ölümündən sonra) Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)

”Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)

(24.12.2020)- “Şücaətə görə” medalı

(ölümündən sonra)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Ramal Məstiyev. "Şuşa zəfərinə gedən yol..." (PDF) (az.). "Ədalət" qəzeti. 10.06.2021. 2021-11-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-18.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.