Nurəhməd Ulubəyov — Vikipediya

Nurəhməd Ulubəyov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Cəbrayıl, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016–2017, 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı

Ulubəyov Nurəhməd Hacıbəy oğlu (2 iyun 1995, Bakı, Azərbaycan — 7 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001–2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016–2017-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin sentyabr ayının 21-də Nurəhmədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılmışdır.

2020-ci ilin sentyabr ayının 27-si tarixdən erməni separatçılarının milli və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılır və ön cəbhədə döyüşür.

Vətənimiz Azərbaycan uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşür, mərdlik və mətinlik nümayiş edərək 2020-ci ilin Oktyabr ayının 7 — də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.

Oktyabr ayının 9-u Ulubəyov Nurəhməd Hacıbəy oğlu əbədi olaraq 2 saylı Fəxri və Şəhidlər xiyabanında torpağa tapşırılır. Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə Medalları ilə təltif olunur.

Nişanlı idi.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 8 dekabr 2020. 8 dekabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 yanvar 2021.
  2. Şəhanə Müşfiq. "Əbədiyyətdəki əziz ünvanlarımız – Şəhidlər ölməz, Vətən bölünməz!" (az.). 525-ci qəzet. 8 yanvar 2021. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2021.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]