Əlizamin İsgəndərov — Vikipediya

Əlizamin İsgəndərov
Əlizamin Həmid oğlu İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 6 dekabr 1977(1977-12-06)
Doğum yeri
Vəfat tarixi 5 noyabr 2020(2020-11-05) (42 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1996–1999 / 2006–2020
Rütbəsi Çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Əlizamin İsgəndərov (6 dekabr 1977, Milabad, Jdanov rayonu5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlizamin İsgəndərov 1977-ci il dekabrın 6-da Beyləqan rayonunun Milabad qəsəbəində anadan olub.[1] 1984–1996-cı illərdə Milabad qəsəbəsi tam orta məktəbində təhsil alıb. Güləş idman növü ilə məşğul olub. Ailəli idi. Dörd övladı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əlizamin İsgəndərov 1996–1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti zamanı müdafiə naziri Səfər Əbiyevin mühafizə xidmətinin üzvü olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi və Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitəçi olaraq xidmət edirdi. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri idi.

Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, QubadlınınŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin İsgəndərov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  10. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.