İsmayıl Qasımov — Vikipediya

Qasımov İsmayıl
İsmayıl Sadiq oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri İkinci Fəxri Xiyaban, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020

İsmayıl Sadiq oğlu Qasımov (17 dekabr 1989; Sumqayıt şəhəri, Azərbaycan SSR9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

İsmayıl Qasımov 17 dekabr 1989-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.[1][2] 1996-cı ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2007-ci ildə bitirmişdir. Ailəli idi. Bir övladı var.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Qasımov İsmayıl 2008-ci ildə həqiqi hərbi xidmətə yollanmış və 2009-cu ildə xidmətini başa vurmuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun giziri İsmayıl Qasımov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. İsmayıl Qasımov 9 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı həlak olmuşdur. 10 dekabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[5]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Şəhidlərimiz" (az.). seferberlik.gov.az. 13 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının [["Vətən uğrunda" medalı]] ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.