Xəqani Səfərli — Vikipediya

Xəqani Səfərli
Şəxsi məlumatlar
Doğum tarixi 14 oktyabr 1991(1991-10-14)
Doğum yeri
Vəfat tarixi 4 oktyabr 2020(2020-10-04) (28 yaşında)
Vəfat yeri Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan
Atası İlqar Səfərov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2023 "Suqovuşanın azad olunmasına görə" medalı — 2023

Xəqani İlqar oğlu Səfərli (14 oktyabr 1991, Xətai rayonu4 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin.

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəqani Səfərli 1991-ci il oktyabrın 14-də Bakının Xətai rayonunda anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Xəqani Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəqani Səfərli oktyabrın 4-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Xəqani Səfərliyə "şəhid" statusu verilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Xəqani Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Xəqani Səfərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. 1 2 "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 07.11.2023. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2023.