Emin Süleymanov — Vikipediya

Emin Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyul 1977(1977-07-21)
Doğum yeri
Vəfat tarixi 8 noyabr 2020(2020-11-08) (43 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1999-cu ildən
Rütbəsi Mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
 • Laçın döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Emin Bəhmən oğlu Süleymanov (21 iyul 1977, Xubyarlı, İmişli rayonu8 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində polis ailəsində anadan olmuşdur.[1] 1983–1992-ci illərdə orta məktəbin rus bölməsində, 1992–1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini bitirmişdir. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnmişdir. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Emin Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamışdır.

Azərbaycan Ordusunun mayoru olan Emin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində artilleriyaçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Xocavəndin, ŞuşanınLaçının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etmişdir. Emin Süleymanov 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Süleymanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Süleymanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.