Ruslan Tağıyev — Vikipediya

Ruslan Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyun 1982(1982-06-12)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2020(2020-11-04) (38 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2000–2020
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Laçın döyüşləri
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Ruslan Fuad oğlu Tağıyev (12 iyun 1982, Azərbaycan4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Tağıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olundu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  10. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.