Firdovsi Paşayev — Vikipediya

Firdovsi Paşayev
Firdovsi Afiq oğlu Paşayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu, Kəlaman kəndi
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Füzuli rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gədəbəy rayonu, Kəlaman kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Firdovsi Paşayev (tam adı: Firdovsi Afiq oğlu Paşayev; 14 noyabr 2000, Gədəbəy rayonu Kəlaman kəndi – 14 oktyabr 2020, Füzuli rayonuAzərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Paşayev Firdovsi Afiq oğlu 14 noyabr 2000-ci ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olmuşdur.

2007–2018-ci ildə E. İsgəndərov adına Hacılar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə Gədəbəy rayon Peşə litseyini bitirib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

6 may 2020-ci ildə həqiqi hərbi xidmətə getmişdir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanmışdır. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. 14 oktyabr 2020-ci ildə yaralanmış komandirini və döyüş yoldaşlarını döyüş bölgəsindən çıxardaraq özü yenidən döyüşə qayıtmış, bu zamam düşmənin atdığı minamyot qəlpəsindən yaralanaraq həlak olmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • https://president.az/articles/49098 (#bare_url_missing_title).
  • https://president.az/articles/49511 (#bare_url_missing_title).