Pərvin Əlizadə — Vikipediya

Pərvin Əlizadə
Şəxsi məlumatlar
Doğum tarixi 11 sentyabr 1993(1993-09-11)
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 2020(2020-10-20) (27 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri ?-2020
Rütbəsi Leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Pərvin Vüqar oğlu Əlizadə (11 sentyabr 1993, Qazaxlar, Bərdə rayonu20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, taqım komandiri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərvin Əlizadə 1993-cü il sentyabrın 11-də Bərdə rayonunun Qazaxlar kəndində anadan olub.[1] Əslən Laçın rayonunun Minkənd kəndindən idi.

Pərvin Əlizadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. "Laçın Kikboksinq Klubu"nun idmançısı idi. Tbilisi şəhərində keçirilən yarışda Zaqafqaziya çempionu, dəfələrlə respublika çempionatının və birinciliklərinin mükafatçısı olmuşdur. Müxtəlif Fəxri fərmanlarla təltif olunub. İdman hakimi idi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Nişanlı idi.

Ailənin 3 oğlan övladından biri, evin böyük oğlu olub.

Atası Birinci Qarabağ Savaşı döyüşlərində iştirak edib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Həqiqi hərbi xidmətini Fövqalədə Hallar nazirliyində keçib.

Azərbaycan Ordusunun leytenantı olan Pərvin Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Pərvin Əlizadə 2020-ci il oktyabrın 20-də Ağdərə istiqamətindəki "Tülkü dərəsi" deyilən yerdə 703 saylı hərbi hissənin 5-ci bölüyünün 12-ci postunda şəhid olub.

Bərdə rayonunun Birinci Qazaxlar kəndində dəfn olunub.

Bərdə şəhərinin küçələrindən biri şəhidin adını daşıyır.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Cənnətdəki ikinci doğum günü, 29 yaşı tamam olan, 3 medal və 1 ordenli-BƏRDƏLİ ŞƏHİD PƏRVİN VÜQAR OĞLU ƏLİZADƏ". 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.