Anar Qumaşov — Vikipediya

Anar Qumaşov
Anar Saleh oğlu Qumaşov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Hadrut, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Keşlə Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Xocavəndin azad olunmasına görə" medalı — 2020, "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Anar Saleh oğlu Qumaşov (10 oktyabr 1997, Bakı, Azərbaycan — 20 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Anar Qumaşov 10 oktyabr 1997-ci ildə Bakıda anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan olan Anar uşaq yaşlarında atasını itirib, nənəsinin himayəsində böyüyüb. 238 saylı məktəbdə təhsil almışdır.[2][3][4]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Anar Qumaşov Füzuli və Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.[5][6][7]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Anar Qumaşov". 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  3. "Nizami rayonu şəhidləri". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  4. Şəhidimizin yarımçıq qalan arzulari[ölü keçid]
  5. Hazırda hospitalda müalicə olunan müxbirimiz Nahid Salayevin könüllü döyüş yolu Şuşadan da keçdi[ölü keçid]
  6. "Nizami rayonunda İkinci Qarabağ müharibəsi şəhidi Anar Qumaşovun anım günü qeyd olunub". 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  7. Nizami rayonunda İkinci Qarabağ müharibəsi şəhidinin barelyefinin açılışı olub
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  10. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.azertag.az. 24.06.2021. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2022.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  12. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  13. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.