Novruz Əsgərov (mayor) — Vikipediya

Novruz Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Quzanlı, Ağdam, Azərbaycan SSR
Vəfat tarixi (39 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Quzanlı, Ağdam, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2000—2020
Rütbəsi Mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Novruz Ələddin oğlu Əsgərov (1 dekabr 1980; Ağdam rayonu, Azərbaycan SSR27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Novruz Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Əsgərov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.