Ceyhun Niftəliyev — Vikipediya

Ceyhun Niftəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 3-cü dərəcəli "Rəşadət" ordeni — 2021 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Ceyhun Bahadur oğlu Niftəliyev (5 noyabr 1972, Xanlar27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyhun Niftəliyev 1972-ci il noyabrın 5-də Göygöl şəhərində anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Niftəliyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 29.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  8. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.