Əlnur Gülalıyev — Vikipediya

Əlnur Gülalıyev
Əlnur Seymur oğlu Gülalıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xəlfəli, İmişli rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Dəfn yeri Xəlfəli, İmişli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Seymur Gülalıyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016-2020
Rütbəsi Əsgər
Döyüşlər Aprel döyüşləri, Vətən Müharibəsi
 • Füzuli döyüşləri
 • Cəbrayıl döyüşləri
 • Xocavənd döyüşləri
 • Zəngilan döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Zəngilanın azad olunmasına görə" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "İgidliyə görə" medalı — 2020

Əlnur Seymur oğlu Gülalıyev (25 dekabr 1997; Xəlfəli, İmişli rayonu, Azərbaycan3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlnur Gülalıyev 25 dekabr 1997-ci ildə İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açmışdır.[1] Orta təhsilini şəhid Qabil Mərdalıyev adına İmişli rayon Xəlfəli kənd tam orta məktəbində almışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman sentyabrın 21-də könüllü olaraq adını hərbi sıralara yazdırır. 27 sentyabrda döyüşlər başlayanda Füzuli rayon Qaraxanbəyli kəndi istiqamətində döyüşlərə qatılır. Xeyli erməni hərbçisini məhv edir. Döyüşdüyü müddətdə Füzulinin, Xocavəndin, Cəbrayılın, HadrutunZəngilanın azad olunmasında iştirak edir. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. Subay idi. Doğulduğu İmişli rayon Xəlfəli kəndində dəfn olunmuşdur. Şəkli Xəlfəli kənd şəhidlər abidəsində əks olunmuşdur. Ölümündən sonra 8 medalla təltif olunmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əlnur Gülalıyev orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Əlnur Gülalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əlnur Gülalıyev 3 oktyabr 2020-ci ildə Füzulidə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlnur Gülalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlnur Gülalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  6. "Cəbrayılın azad olunmasına görə medalı". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-03.
  7. "Füzulinin azad olunmasına görə medalı". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-03.
  8. "Zəngilanın azad olunmasına görə medalı". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-03.
  9. "Cəsur döyüşçü medalı". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-03.
  10. "İgidliyə görə medalı". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-03.