Fərid Fərəcov (əsgər) — Vikipediya

Fərid Fərəcov
Şəxsi məlumatlar
Doğum tarixi 11 noyabr 1998(1998-11-11)
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 2020(2020-10-20) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Fərəcov Fərid Yaşar oğlu (11 noyabr 1998, Muğanlı, Ağcabədi rayonu20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərəcov Fərid Yaşar oğlu, 11 noyabr 1998- ci ildə Ağcabədi rayon Muğanlı kəndində dünyaya göz açmışdır .Ailənin 3 uşağınnan ortancıl uşaq olan Fəridin özündən böyük qardaşı,kiçik olan bacısı var . 2005- ci ildə Ağcabədi rayon ,Muğanlı kəndində Sərvan Quliyev adında orta məktəbdə 1 - ci sinifə getmişdir . 2016-cı il eyni məktəbin 11 ci sinifini bitirmişdir .

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Fərəcov Fərid ,məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır .2016-2017 ci illərdə Qusarda hərbi xidmətdə olmuşdur . Hərbi xidmətdə topcu olaraq fəaliyyət göstərmişdir.

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Sentyabr ayının 27- dən könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmışdır. Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 20 oktyabrda həlak olmuşdur.Muğanlı kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Fərid Fərəcov, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]