İsrayıl Cəfərzadə — Vikipediya

İsrayıl Cəfərzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sabunçu, Bakı, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Suqovuşan, Tərtər, Azərbaycan
Dəfn yeri Bakıxanov Qəsəbəsi Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Namiq Cəfərzadə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019 - 2020
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Suqovuşan döyüşü
Təltifləri 3-cü dərəcəli "Rəşadət" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı

İsrayıl Namiq oğlu Cəfərzadə (30 sentyabr 2000; Sabunçu rayonu, Bakı, Azərbaycan17 oktyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

İsrayıl Cəfərzadə 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur.[1] Əslən Ağsu rayonundan idi.  2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olmuşdur. O, 2016-ci ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İsrayıl Cəfərzadə həm də sərbəst güləş idman növü ilə də məşğul olmuşdur. Rayonlar arası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

O, təhsilini bitirdikdən sonra 2019-cu ilin 2 iyul tarixində hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci ilin 28 may tarixində çavuş rütbəsi almışdır.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

2019-cu ildə təhsilini başa vurduqdan sonra İsrayıl həmən il iyul ayında vətənə borcunu vermək üçün əsgəri xidmətə yollanıb. Xidmətinin ilk günlərindən seçilməyə başlayan Cəfərzadə İsrayıl gənc əsgərlərin andiçmə mərasimində təşkil olunan təntənəli tədbirdə nümunəvi çıxış edib. Oğlumun nümunəvi çıxışı komandiri tərəfindən qiymətləndirilib və hərbi hissənin komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Xidməti müddətində nümunəvi əsgər olan İsrayıl öz israrı ilə xüsusi təyinatlı kəşfiyyat qrupunda kəşfiyyatçı olaraq, vətənə borcunu yerinə yetirib. Bir müddət sonra baş kəşfiyyatçı təyin edilib. Baş kəşfiyyatçı bölüyünün şəxsi heyəti arasında keçirilən yarışda silahın sökülüb yığılması üzrə 1-ci yerə layiq görülərək, təşəkkürnamə ilə təltif olunub. Fiziki imkanları ilə diqqət çəkən Cəfərzadə İsrayıl hərbi hissənin fiziki hazırlıq məşğələlərində ən yüksək nəticə göstərərək növbəti təşəkkürnaməsini alıb. Xidmət müddətində onun uğurları bununla bitməyib. O, növbəti təltifini 26 iyun 2020-ci ildə alıb. Azərbaycan Ordusunun 102-ci ildönümü ilə əlaqədar, döyüş hazırlığının nəticələrinə görə Fəxri Fərmanla təltif olunub. Həmçinin, xidməti müddətində Aprel döyüşləri ilə bağlı çəkilən filmdə də iştirak edib.

Oğlum həmişə müqqəddəs torpaqları azad olunması üçün Ali Baş komandanın əmrini gözləyib. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ Savaşının ilk dəqiqəsindən baş kəşfiyyatçı kimi döyüşə atılıb. İki dostunun Şəhid olmasından sonra O, dostu Əkbər Hüseynovun kimliyini taxaraq və Astanlı İqbalın qanlı köynəyini geyinərək xidmətini davam etdirib. Oğlum Şəhid dostları qarşında, onların qisasını almaq üçün son damla qanına qədər vuruşacağına söz verib.

Cəfərzadə İsrayıl İkinci Qarabağ müharibəsi başlayan gündən kəşfiyyatçı əsgər olaraq, rəşadət göstərib. Talış və Suqovuşan istiqamətində strateji yüksəkliklərin azad olunmasında iştirak edib. Şəhid Cəfərzadə İsrayıl 20 nəfərlik kəşfiyyat qurupuna rəhbərlik edib. Minatəmizləyən qurğunun işləməsi səbəbindən 70 m enində olan minalanmış ərazini sünbə ilə təmizləyərək şəxsi heyətin keçidini təmin edib.

Eyni zamanda, düşmənə məxsus 2 tankın məhv edilməsində müstəsna xidməti olub. Döyüşlərin gedişində oktyabrın 14-də boyun hissəsindən yaralanıb. Yaranın ölümcül olmadığı və döyüşdə iştirak etmək istədiyi üçün bunu gizlədib və xidmətinə davam edib. Son döyüşü oktyabrın 16-dan 17-nə keçən gecə olub. Döyüşdə alnından və sol qolundan yaralanıb, amma yenə də döyüşə davam edib. 530 yüksəkliyinin alınmasında xüsusi qəhrəmanləq göstərib. Yüksəkliyin alınması zamanı döyüş yoldaşları mühasirəyə düşüb. İsrayıl yoldaşlarını mühasirədən cixarmaq məqsədi ilə pulemyotdan dəstək vermək qərarına qəlib. Onun səyi nəticəsində digər yoldaşları mövqeylərini dəyişərək mühasirədən çıxa biliblər. Amma bu döyüş qəhrəmanımızın son döyüşü olub. Növbəti strateji yüksəklik uğrunda gedən döyüşdə mənfur düşmənin snayper gülləsinə tuş gəlib və Şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İsrayıl Cəfərzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; :SM adlı istinad üçün mətn göstərilməyib
  5. 1 2 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  8. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.05.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 04.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.