Şəhid — Vikipediya
Şahid ilə səhv salmayın.
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs.[1][2] Şəhid olma hadisəsinə "şəhadət" deyilir.
İslam dinində şəhidlər
[redaktə | mənbəni redaktə et]İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır:
- "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə).
- "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə).
Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ şəhid Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine Azərbaycan dilinin izahlı lüğəti: Dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti” (Bakı, “Şərq-Qərb”, 2006)
- ↑ şehit Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |