Əlizamin Mustafayev — Vikipediya

Əlizamin Mustafayev
Əlzamin Baxış oğlu Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tərtər
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Suqovuşan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Tərtər
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Suqovuşan döyüşü
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020

Əlizamin MustafayevAzərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub.

2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əlzamin Mustafayev 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 

2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.

Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən "N" saylı  hərbi hissədə davam etdirib.[2]

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.

2 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində dəfn edilib.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Kəlbəcər Rayonu İcra Hakimiyyəti. "Vətən Müharibəsi Şəhidləri". 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
  2. Tərtər rayon İcra Hakimiyyəti. "İcra başçısı Vətən Müharibəsi şəhidi Mustafayev Əlzamin Baxış oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (PDF). 2022-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-14.