Famil Ağaşov — Vikipediya

Ağaşov Famil Vüqar oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Cəlilabad, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Cəlilabad, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Xidmət illəri 2017—2020
Rütbəsi Çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • döyüşləri
 • döyüşləri
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2021 "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Famil Vüqar oğlu Ağaşov (19 sentyabr 1998, Cəlilabad8 noyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Famil Ağaşov 19 sentyabr 1998-ci ildə Cəlilabad şəhərində anadan olmuşdu. 2017- ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

O, 2017-ci il iyulun 28-də hərbi xidmətə göndərilmiş 2019-cu ilin yanvar ayında evə buraxılmışdı.

Ağaşov Famil müddətdən artıq xidmət etmək üçün 10 noyabr 2019-cu ildə yenidən xidmət etməyə getmişdi.

Ağaşov Famil Vüqar oğlu Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci ildə həlak olmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]