Zülfüqar Qubadov — Vikipediya

Zülfüqar Qubadov
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1975(1975-09-25)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (45 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1995—2008 / 2020
Rütbəsi Kapitan
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Rəşadət" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020

Zülfüqar İsmi oğlu Qubadov (25 sentyabr 1975, Dilman, Ağsu rayonu13 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zülfüqar Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub.[1] Zülfüqar Qubadov 1982-1992-ci illərdə Dilman kənd tam orta məktəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) ali hərbi təhsil alıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb.

Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.