Elçin Əliyev (gizir) — Vikipediya

Elçin Əliyev
Elçin Rasim oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 mart 1994(1994-03-04)
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 2020(2020-09-28) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Əliyev Rasim Zərmixan oğlu
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015-2020
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Talış kəndi döyüşləri
Madagizin azad edilməsi
Təltifləri "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Vətən uğrunda" medalı "Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Elçin Rasim oğlu Əliyev (4 mart 1994, Mingəçevir28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elçin Əliyev 4 mart 1994–cü ildə Mingəçevir şəhərində anadan olub.[1] 2000-ci ildə 1-ci sinifi Qax rayon Qaşqaçay tam orta məktəbində, 11-ci sinifi 2011-ci ildə Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbdə bitirmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailə üzvləri - ata,ana, 2 bacı və 2 qardaş olublar. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2012-2013-cü illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmət keçmişdir. Bu illər ərzində hərbi komandanlıq və şəxsi heyət adından təşəkkürnamə almışdır.

27 oktyabr 2014–cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə Gizir Hazırlıq Kursuna Döyüş Maşın (BMP-2 (yüngül zirehli texnika)) Komandiri – Manqa Komandiri ixtisası üzrə qəbul olunmuşdur. Daha sonra 29 yanvar 2015–ci ildə kursu bitirmiş və Hərbçi olaraq xidmətini davam etdirmək üçün Mingəçevir şəhər N saylı Hərbi Hissə Komandirinin sərəncamına göndərilmiş, Hərbi hissənin 1-ci Taborunda Döyüş Maşın Komandiri vəzifəsində xidmət etməyə başlamışdır.

2017-2019–cu illər ərzində Ağdam rayon N saylı Hərbi Hissəsində eyni vəzifədə çalışmış və daha sonra təyinatı yenidən Mingəçevir şəhərinin Hərbi Hissəsinə verilmişdir.

Elçin Əliyev Rasim oğlu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş 4 günlük Aprel döyüşlərinin qəhrəman iştirakçılarındandır.

Azərbaycan Ordusunun Quru Qoşunları giziri olan Elçin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ, Ağdərə–Tərtər istiqamətində gedən döyüşlərin iştirakçısıdır.

İkinci Qarabağ müharibəsi zamanı ən son Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əliyev sentyanrın 28-də Talış kənd döyüşlərində ön səddin qırılması və növbəti postun alınması zamanı olduğu hərbi zirehli maşının (Tuşlayıcı əskərinin yerinə döyüş zamanı özü keçmişdi) minamyotla vurulması nəticəsində həlak olmuşdur.[2]

Uzun axtarışdan sonra oktyabrın 4-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Mingəçevir Şəhidlər xiyabanında Elçin Əliyevin məzarı

2017-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü  və birinci tədris dövrünün nəticələrinə görə Fəxri Fərmanla Təltif edilmişdir.

2018–ci ildə Aprel döyüşlərində qəhrəman iştirakına görə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümündə medalla təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rasim oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

24 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncama əsasən Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. Elçin Rasim oğlu Əliyev - şəhid Mingəçevir Arxivləşdirilib 2021-12-21 at the Wayback Machine — ELTV
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-15. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.