Əbil Cəbizadə — Vikipediya

Əbil Cəbizadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Zoğalbulaq, Xocavənd rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Qadir Cəbizadə
Anası Dürdanə Cəbiyeva
Təhsili ali
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015-2016; 2020
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021

Əbil Qadir oğlu Cəbizadə (26 fevral 1993; Sumqayıt, Azərbaycan14 oktyabr 2020; Zoğalbulaq, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbil Cəbizadə 26 fevral 1993-cü ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır.[1] 2000-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2011-ci ildə əla qiymətlərlə məktəbi bitirən Əbil həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinə daxil olmuşdur. 2015-ci ilə qədər burada çox işlənən malların texnologiyası və dizaynı ixtisasında təhsil almışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Universiteti bitirdikdən sonra Əbil Cəbizadə hərbi xidmətə yollanmışdır. Silahla mükəmməl davranışına görə baş atıcı vəzifəsinə təyin olunmuşdur. Bir əsgər olraq Əbil Aprel döyüşlərində də iştirak etmiş, döyüş tapşırıqlarını böyük uğurla yerinə yetirmişdir. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə O, dəfələrlə fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif edilmişdir. 2016-cı ilin oktyabr ayında hərbi xidmətini başa vurmuşdur.

Əbil Cəbizadə 2020-ci ilin 21 sentyabrında "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təlim və məşq toplantısına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Əbil Cəbizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudafərin körpüsünün azad olunmasında böyük şücaət göstərmişdir. Ailəsi ilə sonuncu dəfə 12 oktyabrda əlaqə saxlayan Əbil Cəbizadə 14 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.