Nemət Abbasov — Vikipediya

Nemət Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağdaş, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Nemət Elçin oğlu Abbasov (d. 4 avqust 1996; Ağdaşö. 27 oktyabr 2020; Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nemət Abbasov 4 avqust 1996-ci ildə Ağdaş şəhərində anadan olmuşdur.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 yanvar 2021.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.