Azər Əliyev (əsgər, 1999) — Vikipediya

Azər Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Dilafət (Dilafər) Əliyev
Anası Şükufə Əliyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019 / 2019—2020
Rütbəsi Baş əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Ağdam döyüşləri
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Ağdamın azad olunmasına görə" medalı — 2020

Azər Dilafət[1] oğlu Əliyev və ya Azər Dilafər[2] oğlu Əliyev (6 yanvar 1999, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu28 yanvar 2021, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin Baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Əliyev 6 yanvar 1999-cu ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur.[2] Əslən Şuşa rayonunun Çaykənd kəndindəndir. 2008-2019-cu illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd Alı Mustafayev adına tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, Nəzrin adlı qızı və şəhid olmasından sonra doğulan 29.04.2021-ci ildə doğulan[3] Əli adlı oğlu yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azər Əliyev 2019-cu ildən Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, AğdamınXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə Hadrutun azad edilməsi gedişatında Xocavənd rayonunun Nərgiztəpə kompleksi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]

Uzun müddət koma vəziyyətində olan Azər Əliyev 28 yanvar 2021-ci ildə müalicə aldığı xəstəxanada vəfat etmişdir.[5] 29 yanvar 2021-ci ildə doğulduğu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin küçələrindən birinə Azər Əliyevin adı verilib. Bundan başqa, həmin kənddə onunla birgə iki şəhidin - Sahil MəmmədovSənan Miriyevin xatirəsi əbədiləşdirilərək onlara abidə ucaldılıb. Yuxarı Qiyaməddinli kəndinin başlanğıcında və Arazbar kəndinin qurtaracağında ArazbardanYuxarı Qiyaməddinlidən olan İkinci Qarabağ müharibəsi şəhidlərinə abidə ucaldılıb, şəkilləri və adları həkk olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  2. 1 2 "Dərdini danar ağlar - Məhsəti Musa şəhid Azər Əliyevi anır". 525.az (525-ci qəzet). 03.03.2021. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.03.2021.
  3. Real TV. "Dünyaya göz açan şəhid oğlu". www.youtube.com ( YouTube portalı / "REAL TV" səhifəsi) (az.). 29.04.2021. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.05.2021.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  5. İkinci Qarabağ müharibəsində yaralanmış MAXE şəhid olub Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. Report.az. 29.01.2021.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  10. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  12. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.