Əlihüseyn Məmmədov — Vikipediya

Əlihüseyn Məmmədov
Əlihüseyn Elşad oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Şəki
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021

Əlihüseyn Elşad oğlu Məmmədov (24 yanvar 1998, Bakı, Azərbaycan — 9 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlihüseyn Məmmədov 1998-ci ildə Bakıda anadan olub. O, bir müddət Şəkidə babasıgildə yaşayıb. 2005-ci ildə Şəki şəhərinidə 18 nömrəli məktəbdə ilk təhsilə başlayan Əlihüseyn sonralar Bakıya valideynlərinin yanına köçür, ibtidai təhsilini Xarici dillər təmayüllü gimnaziyada tamamlayır. Müəyyən səbəblərdən ailəsi Əlihüseynin təhsilini rayonda davam etdirməsinə qərar verir. Beləliklə, tam orta təhsilini əvvəl oxuduğu Şəki şəhərinin 18 nömrəli tam orta məktəbdə bitirir.[2] 2016-cı ildə ADNSU-nun İstilik energetikası mühəndisliyi fakültəsinə daxil olub. 2020-ci ildə təhsilini bitirib hərbi xidmətə başlayıb.[3][4]

İkinci Qarabağ müharibəsi şəhidi Əlihüseyn Məmmədov

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlihüseyn Məmmədov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Əlihüseyn Məmmədov Elşad oğlu 2020-ci il oktyabrın 9-da Füzuli- Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Əvvəl Şəki şəhərinin Qışlaq hissəsindəki qəbiristanlıqda, sonra isə Dovşan düzündəki qəbiristanlığın şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.[5][6] Anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunmuşdur.[7]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlihüseyn Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlihüseyn Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlihüseyn Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[10]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Əlihüseyn Məmmədov". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  3. "Şəhid Əlihüseyn Məmmədovun anasının xatirələri". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  4. "Əlihüseyn Məmmədov". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  5. "İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədov Əlihüseyn Elşad oğlunun ailəsi ilə görüş keçirildi". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  6. "Şəhid Əlihüseyn Məmmədov anılıb". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  7. Şəhid Əlihüseyn Məmmədovun anasına vəzifə verildi[ölü keçid]
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  10. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  12. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.