Yusif Nəcəfov — Vikipediya

Yusif Nəcəfov
Şəxsi məlumatlar
Doğum tarixi 14 oktyabr 2001(2001-10-14)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019—2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Yusif Nadir oğlu Nəcəfov (14 oktyabr 2001, Yasamal rayonu13 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub.[1]

52 nömrəli tam orta məktəbi bitirib.

5-6 il cüdo idman növü ilə məşğul olub. İran, Türkiyə Gürcüstan və Azərbaycanın şəhərlərində keçirilən çoxsaylı idman yarışlarının iştirakçısı olub, nailiyyətlər əldə edib.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb.

2020-ci il oktyabrın 1-i cəbhədə yaralanıb daha sonra 12 gün müalicə alıb, ardınca 13-cü gün təkrar döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində şəhidliyə ucalıb.

Yusif Nəcəfov 2020-ci il oktyabrın 13-də Murovdağ uğrunda döyüşlər zamanı şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. Banu Hüseynli, "Doğum günündə torpağa tapşırılan, cüdoçu şəhidimiz Yusif Nəcəfov", hafta.az - 17.12.2020[ölü keçid]
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.