Zakir Həsənov — Vikipediya

Zakir Həsənov
Vəzifədədir
22 oktyabr 2013-cü ildən
(i. e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiSəfər Əbiyev
17 yanvar 2003 – 22 oktyabr 2013
ƏvvəlkiElşən Kazımov
SonrakıŞahin Məmmədov
17 yanvar 2003 – 22 oktyabr 2013
NazirRamil Usubov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1959(1959-06-06) (64 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Xidmət illəri 1980-ci ildən
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Döyüşlər Aprel döyüşləri
Tovuz döyüşləri
İkinci Qarabağ müharibəsi
Rütbəsi
General-polkovnik

Təltifləri "Zəfər" ordeni — 2020 "Qarabağ" ordeni — 2023 "Azərbaycan Bayrağı" ordeni — 2016 "Azərbaycan Bayrağı" ordeni — 2004 1-ci dərəcəli "Rəşadət" ordeni — 2018 "Şöhrət" ordeni — 2019 "Vətən uğrunda" medalı — 2008 "Hərbi xidmətlərə görə" medalı — 2002 "Sərhəddə fərqlənməyə görə" medalı — 1998 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zakir Əsgər oğlu Həsənov (6 iyun 1959, Astara rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki. Azərbaycan Respublikasının müdafiə naziri (2013-cü ildən).

Həyatı[redaktə | mənbəni redaktə et]

Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur.

  • 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib.
  • 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
  • 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
  • 1980–1985-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir.
  • 1985–1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır.
  • 1993–2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.
  • 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır.
  • 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib.

Ailəlidir, 3 övladı var.

Ali hərbi rütbələri[redaktə | mənbəni redaktə et]

  • General-mayor (Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə).
  • General-leytenant (Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə).
  • General-polkovnik (22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir).

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09-12-2020.
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 07.11.2023. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]