Aydəmir Hacıyev — Vikipediya

Aydəmir Hacıyev
Aydəmir Sənan oğlu Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qırmızı Qəsəbə, Quba, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Xocavənd, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Quba Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2021, "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Aydəmir Sənan oğlu Hacıyev (7 mart 1992; Qırmızı Qəsəbə, Quba, Azərbaycan — 2 noyabr 2020; Zoğalbulaq, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aydəmir Hacıyev 7 mart, 1992-ci ildə Quba rayonu Qırmızı qəsəbədə anadan olub.[2] 1998–2007-ci illər ərzində Qırmızı Qəsəbədə yerləşən 2 saylı orta məktəbdə 9 illik təhsil alıb. Aydəmir ailənin yeganə oğul övladı idi.

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

Aydəmir Hacıyev 2011–2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

Aydəmir Hacıyev 16 oktyabr 2020-ci il tarixində çağırılıb. 17 oktyabr 2020-ci il tarixində cəbhəyə yollanıb. 5 gün ərzində təlimlərə iştirak etdikdən sonra Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qatılıb. Aydəmir Hacıyev topçu idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aydəmir Hacıyev Hadrutun azad edilməsində savaşıb. 2 noyabr 2020-ci il tarixində Qırmızı Bazar istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalıb. Şəhid olması xəbərini ailəsi 4 noyabr tarixində alıb. Şəhidimiz 5 noyabr 2020-ci il tarixində Quba rayonunda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.[3][4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmir Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmir Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Aydəmir Hacıyev". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  3. "Şəhid Aydəmir Hacıyevin anım mərasimi keçirilib". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  4. "Qubada şəhid Aydəmir Hacıyevin xatirəsi əbədiləşdirilib". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.