Şəhriyar Hacıyev — Vikipediya

Şəhriyar Hacıyev
Şəhriyar Şahlar oğlu Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1999(1999-08-02)
Doğum yeri
Vəfat tarixi 26 oktyabr 2020(2020-10-26) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı qüvvələri
Qoşun növü Azərbaycan Quru qoşunları
Rütbəsi əsgər, XTQ
Vəzifəsi baş kəşfiyyatçı
Təltifləri "Vətən uğrunda" medalı

Şəhriyar Şahlar oğlu Hacıyev (2 avqust 1999, Novoivanovka, Gədəbəy rayonu26 oktyabr 2020, Ballıqaya, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəhriyar Hacıyev 2 avqust 1999-cu il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olub. 2005-2016-cı illərdə Abşeron rayonu, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidməti başa vurub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Şəhriyar Hacıyev İkinci Qarabağ müharibəsində torpaqların işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndSuqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.[2] 26 oktyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi döyüşlərində qəhrəmancasına Şəhid olub.[3]

Şəhriyar Hacıyevin atası Şahlar Hacıyev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb. Şəhriyar atasının yaralandığı yerdə, Ballıqayada şəhidlik zirvəsinə yüksəlib. Novoivanovka kənd qəbirstanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://memorial.az/az/qehremanlarimiz/854 (#bare_url_missing_title). 2022-04-17 tarixində arxivləşdirilib.
  2. "AZƏRBAYCAN RESPUBLİKASI GƏDƏBƏY RAYON İCRA HAKİMİYYƏTİ". 2022-01-19 tarixində arxivləşdirilib.
  3. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). 2021-01-18 tarixində arxivləşdirilib (PDF).
  4. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-15 tarixində arxivləşdirilib.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.