Fərid Məmmədov (leytenant) — Vikipediya

Fərid Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri 2-ci Fəxri Xiyaban, Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Şəhla Məmmədova
Uşağı Fuad Məmmədov
Atası Vəlhəd Məmmədov
Anası Kifayət Əliyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzuli-Hadrutun azad edilməsi

Fərid Məmmədov (tam adı: Fərid Vəlhəd oğlu Məmmədov; 29 aprel 1990; Bakı, Azərbaycan — 25 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərid Məmmədov 29 aprel 1990-cı il tarixində Abşeron rayounu Xırdalan şəhərində anadan olmuşdur.[2] 1997–2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb. 2014–2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının - Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili almışdır. Ailəli idi, bir oğlu var.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Fərid Məmmədov 2008–2010-cu illərdə AR Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2010–2016-cı illərdə AR DİN Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunmuş, 2019-cu il dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan "leytenant" rütbəsini almış və Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə "taqım komandiri" vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunmuş və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 26 Oktyabr tarixində Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Şəhid Fərid Məmmədova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[3]

Dövlət təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Səndən təsəlli bir zabit mundiri, bir cüt ulduzlu, aylı paqonlar — Orxan Cabbarov". www.youtube.com ( YouTube portalı / "ARB" səhifəsi). 06.12.2020. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.12.2020.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  3. "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.

3. https://525.az/news/160848-sehidim-seir 4. https://525.az/news/159899-ya-sehid-olmaq-gerek-ya-intiqam-almaq-gerek-anim