Aydın Bayramov — Vikipediya

Aydın Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1997(1997-08-02)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 2020(2020-10-09) (23 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Talış kəndi
 • Ağdərə döyüşü
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Aydın Bayramov (2 avqust 1997, Qəbələ rayonu9 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016-cı il Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aydın Bayramov Mətləb oğlu 1997-ci il 2 avqust tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Orta təhsilini Əmirvan kəndi Yadigar Vəliyev adına tam orta məktəbdə alıb.

2015-ci hərbi xidmətə getmiş, Qusar rayon hərbi hissəsində kəşfiyyatçı kimi başa vurmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2016-cı ildə aprel döyüşlərində kəşfiyyatçı kimi iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Aydın Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsidə Murovdağ, Talış kəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə olub. Aydın Bayramov oktyabrın 9-da Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub Qəbələ rayonu Əmirvan kənd qəbirstanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.