Kənan İsrafilov — Vikipediya

Kənan İsrafilov
Kənan Faiq oğlu İsrafilov
Şəxsi məlumatlar
Ləqəbi Murov qartalı
Doğum tarixi
Doğum yeri Şirinbulaq, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Suqovuşan, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Şəki rayon Şirinbulaq kənd qəbiristanlığı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Faiq İsrafilov
Təhsili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2008-2020
Rütbəsi Kapitan
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Suqovuşan döyüşü
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Kənan Faiq oğlu İsrafilov (8 noyabr 1990; Şirinbulaq, Şəki rayonu, Azərbaycan5 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Kənan İsrafilov 8 noyabr 1990-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində dünyaya göz açmışdır.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2013-2018-ci illərdə Murovdağda komandir vəzifəsini icra etmişdir. Sonra isə 2018-ci ildən qərargah rəisi kimi fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi fəaliyyətini davam etdirmişdir.

27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri olaraq iştirak etmişdir. Füzulinin, CəbrayılınSuqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən kapitan Kənan İsrafilov 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Sitat səhvi: Yanlış <ref> teqi; :SM adlı istinad üçün mətn göstərilməyib
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.05.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 04.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.