Kəmaləddin Məmmədzadə — Vikipediya

Kəmaləddin Məmmədzadə
Şəxsi məlumatlar
Doğum tarixi 14 sentyabr 1999(1999-09-14)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2020(2020-11-09) (21 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Laçın döyüşləri
 • Hadrutun azad edilməsi
 • Şuşa uğrunda döyüşlər
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2021

Kəmaləddin Vüqar oğlu Məmmədzadə (14 sentyabr 1999, Bakı9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Kəmaləddin Məmmədzadə 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olmuşdur. 2006-cı ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçid edərkən təhsilini dondurur və hərbi xidmətə yollanır və 10 ay xidmət edir.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Müharibədə sentyabr ayının 27-sindən başlayaraq noyabırın 8-nə kimi işğal olunan torpaqların geri qaytarılması uğrunda döyüşür. O, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində döyüşmüşdür. Döyüşün 44-cü günü — noyabrın 9-u səhər saat 5:00 radələrində Şuşa şəhərində boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olur.

Saatlı rayonunun Minbaşılılı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə və Qubadlının azad olunması medalı ilə təltif edildi.[1]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

  • 2023-cü ilin mayında Bakının Xətai rayonunda yerləşən "Sülh" küçəsinin adı dəyişdirilərək şəhid Kəmaləddin Məmmədzadənin adı verilib.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. 1 2 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az. 24.06.2021. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 24.06.2021.
  3. "Bakının bu küçələrinə şəhidlərimizin adı verildi". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
  4. [1] Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  5. [2] Arxivləşdirilib 2022-02-24 at the Wayback Machine Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  6. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  7. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 05.11.2022. 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2022.