Şəhriyar İsmayılzadə — Vikipediya

Şəhriyar İsmayılzadə
Şəhriyar Əkbər oğlu İsmayılzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şirvan, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Şirvan Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Şuşanın azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021, "Azərbaycan Bayrağı" ordeni — 2021

Şəhriyar Əkbər oğlu İsmayılzadə (7 iyul 1994; Şirvan, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəhriyar İsmayılzadə 7 iyul 1994-cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində dünyaya göz açıb.[2] 12 №-li tam orta məktəbdə oxumuşdur.[3]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şəhriyar İsmayılzadə Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 10 noyabr 2020-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.[4][5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[9]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Şəhriyar İsmayılzadə". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  3. "Şəhriyar İsmayılzadə: Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  4. "İkinci Qarabağ müharibəsi Şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun xatirəsi anıldı". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  5. "Şirvanda İkinci Qarabağ müharibəsi şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun anım günü qeyd edilib". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
  8. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  9. 1 2 3 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2021.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.